Bakının Xankəndidə növbəti qələbəsi

Bakının Xankəndidə növbəti qələbəsi

Xankəndidəki separatçı saxta rejimin “istefa” verən “dövlət naziri” Ruben Vardanyanın hələ də Xankəndidə olduğu bildirilir. İddialara görə, onun “vəzifədən” uzaqlaşdırılması simvolik xarakter daşıyır və məqsəd Bakını sakitləşdirməkdir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Ruben Vardanyanın Qarabağda olması məsələsi yalandır:

“O, “vəzifədən” uzaqlaşdırılandan sonra Qarabağı tərk edib. Lakin bu heç nəyi dəyişmir, çünki Qarabağda olsaydı belə, onun verəcəyi açıqlamaların heç bir  əhəmiyyəti olmayacaqdı. Vardanyan hazırda faktiki olaraq sınmış vəziyyətdədir. Digər tərəfdən Vardanyanın “vəzifəsindən” uzaqlaşdırılması həm də separatçılara ciddi zərbə oldu.

Hesab edirəm, bu, Azərbaycanın diplomatik qələbəsidir. Təəssüf ki, bəzi ekspertlər bu qələbəni görməzdən gələrək hadisəni rəsmi Bakını sakitləşdirmək üçün atılan addım kimi təqdim edir. Bu, düzgün yanaşma deyil.

Bir daha qeyd edirəm ki, Vardanyanın hazırda harada olması, nə etməsi ciddi əhəmiyyət kəsb etmir”.

Turan Rzayev

COMMENTS