“Baku Steel Company”də partlayış: sex rəisi öldü

“Baku Steel Company”də partlayış: sex rəisi öldü

“Baku Steel Company” MMC-də baş vermiş partlayişla əlaqədar cinayət işi açılıb.

 

16:38

Bakı şəhər Prokurorluğundan Trend-ə bildiriblər ki, sentyabrın 15-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində hava ayrıcı qurğunun əsaslı təmiri zamanı baş verib.

Partlayış nəticəsində həmin sexin rəisi Hüseynov Rasim Cümşüd oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2-ci poladəritmə sexində operator işləyən Bayramov Sahil Nəriman oğlu və həmin sexdə bənna işləyən Ağayev Zəfər Rəhman oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Baku Medical Plaza” klinikasına yerləşdiriliblər.
Rayon prokurorluğunun əməkdaşları tərəfindən texniki-təhlükəsizlik üzrə ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

———-
13:09

“Baku Steel Company”də partlayış olub

Milli.Az DİN-in saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 15-də saat 18 radələrində qeydə alınıb.

Nərimanov rayonu Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib.

Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçiləri – Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS