Bank rəhbəri 2 vəkili məhkəməyə verdi

Ceyhun Yusifov Mərkəzi Bank rəsmilərini “Gəncəbank” ASC-də yoxlama aparmağa çağırıb

“Gəncəbank” ASC-nin sədri Pərvanə Novruzova Natalya Kərimovanın vəkillərini məhkəməyə verib. N.Kərimovanın vəkili Ceyhun Yusifov “Yeni Müsavat”a açıqlamasında deyib ki, bank sədrinin bu addımı onu və digər vəkil Əziz Qənbərovu Natalya Kərimovanın müdaifəsindən çəkindirmək məqsədi daşıyır.

“Pərvanə Novruzova mənə və digər vəkil Əziz Qənbərova qarşı Kəlbəcər Rayon Məhkəməsində iddia qaldıraraq Natalya Kərimovanın əmlaklarını ələ keçirmələri azmış kimi hələ 100 min manat da bizdən istəyərək “şərəf və ləyaqətin müdafiəsinə” başlayıb. Bizim göstərdiyimiz xüsusatlar Natalya Kərimovanın bir çox orqanlara etdiyi çoxsaylı şikayətlərə istinad edir. Bundan başqa Natalya Kərimova da bu gün həmin halları təsdiq edir.

Təəssüf ki, Pərvanə Novruzovanın əməllərinə vaxtında hüquq-mühafizə orqanları tərəfindən düzgün hüquqi qiymət verilməyib. Bu gün isə törətdiyi çoxsaylı əməlləri ifşa edildiyindən elə zənn edir ki, vəkilləri məhkəməyə verməklə onları peşə fəaliyyətindən çəkindirə biləcək. Buyanaşmatamabsurdvəyanlışdır. Yəqin ki, sonrakı fəaliyyətimizlə bu halı tam şəkildə təsdiq edəcəyik”.

Vəkil deyib ki, P.Novruzovanın məhkəməyə müraciət etmək hüququ var: “Amma onun biz vəkilləri məhkəməyə verməsinin hüquqi əsası yoxdur, bu addımını sabun köpüyünə bənzədirəm.

Hesab edirəm ki, vəkilləri məhkəməyə verməkdənsə, məhkumluğunun niyə yarandığına, barəsində cinayət təqibinin niyə başlanmasına aydınlıq gətirsə daha adekvat olar.
Kimsəsiz Natalya Kərimovanı işgəncəyə məruz qoyması, külli miqdarda dəyəri olan əmlaklarını zorla ələ keçirməsi də onun avtobioqrafiyasındadır.Biz geri çəkilməyəcəyik, daha da qətiyyətli və əzmkar olmağımıza olacağıq”.

Vəkil qeyd edib ki, “Gəncəbank” ASC tərəfindən hüquqları pozulmuş onlarla şəxs onlara müraciət edir: “Həmin şəxslərdə birmənalı şəkildə Pərvanə Novruzovanın qanunsuz hərəkətlərindən bəhs edirlər. Belə olan təqdirdə bir çox təkzibedilməz faktları geniş ictimaiyyətə və hüquq-mühafizə orqanlarına açıqlamaq məcburiyyətində qalacağıq.

Yəqin həmin şəxslərlə bağlı açıqlamadan sonra “şərəf və ləyaqətin müdafiəsinə” yenidən başlayacaq.

Acınacaqlıməqamlardanbiridəondanibarətdirki, “Gəncəbank”kimi bankların fəaliyyətinə Mərkəzi Bank və digər qurumlar göz yumur”.

Vəkil Mərkəzi Bank rəsmilərini “Gəncəbank” ASC-də yoxlama aparmağa çağırıb: “Onların mövcud fəaliyyəti təftiş aparmaqla müdaxilə etməlidirlər. Belə olan təqdirdə yəqin ki, “Gəncəbank” ASC fəaliyyətinin nədən ibarət olduğunu tam şəkildə dərk edə və vəkillərə qarşı edilən təhdidlərin yolverilməzliyini dərk edər”.

COMMENTS