Baş Qərargah rəisi təsdiqlədi: müharibə davam edəcək

Baş Qərargah rəisi təsdiqlədi: müharibə davam edəcək

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi cənub istiqamətində hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqləyib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
O, Cənub Komandanlığının qərargahında “vəziyyəti qiymətləndirmək və müharibənin davam etdirilməsi planlarını təsdiqləmək” üçün iclas keçirib.

Bundan əvvəl baş nazir Benyamin Netanyahu HƏMAS-ı “tezliklə” vurulacaq “ağrılı və güclü zərbələrlə” hədələmişdi. O, həmçinin qeyd edib ki, qruplaşma İsrail hakimiyyətinə təzyiqləri davam etdirir və yəhudi dövləti ərazisində əsir götürülmüş girovların azad edilməsi üçün yeni tələblər irəli sürür.

“Yaxın günlərdə HƏMAS-a hərbi və siyasi təzyiqləri gücləndirəcəyik, çünki Bu, girovlarımızı azad etməyin və məqsədimizə çatmağın yeganə yoludur”, – deyə baş nazir vurğulayıb.

COMMENTS