“Bavariya” və “Real” yarımfinalda

“Bavariya” və “Real” yarımfinalda

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub.

QOL.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.

“Mançester Siti” “Real”ı qəbul edib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında ilk görüşdə 3:3 hesabı qeydə alındığından əlavə vaxt oynanılıb. Burada da hesab dəyişməyib və penaltilər seriyasında “Real” daha dəqiq olaraq (4:3) yarımfinala yüksəlib. “Real”ın ukraynalı qapıçısı Andrey Lunin 2 penaltini dəf edib.

“Arsenal” isə “Bavariya”nın qonağı olub. Sözügedən komandalar 1-ci oyunda 2:2 hesablı heç-heçə etmişdilər. Bu görüşdə isə Almaniya klubu 1:0 hesablı qələbə qazanaraq yarımfinala adlayıb.

Qeyd edək ki, final uğrunda oyunda “Real” “Bavariya” ilə, PSJ isə “Borussiya”(Dortmund) ilə üz-üzə gələcək.

 

17 aprel

23:00. “Mançester Siti” – “Real” – 1:1 (Penaltilər – 3:4 )

Qollar: Rodriqo, 12 (0:1), De Brüyne, 76 (1:1)

İlk oyun – 3:3

23:00. “Bavariya” – “Arsenal” – 1:0

Qol: Kimmix, 63

İlk oyun  – 2:2

16 aprel

“Barselona” – PSJ – 1:4

İlk oyun – 3:2

“Borussiya” (Dortmund) – “Atletiko” – 4:2

İlk oyun -1:2

COMMENTS