Benyamin Netanyahu: “Yəhudilərin vətənə dönməsinə 45 milyon dollar ayırmışıq”

“Agence France-Presse”in xəbərində deyilir ki, İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Danimarkanın paytaxtı Kopenhagenin ən böyük sinaqoqunda baş verən qanlı hadisədən sonra Avropada yaşayan yəhudiləri İsrailə köçməyə səsləyib: “İsrail sizə vətəndir. Biz  Avropadan kütləvi şəkildə gələcək mühacirləri qəbul etməyə hazırıq” – deyə  baş nazir bildirib.

Agentlik xatırladır ki, Parisdə 17 nəfərin ölümünə səbəb olun terror aktından sonra da Benyamin Netanyahu oxşar bəyanatla çıxış etmişdi. Danimarkanın paytaxtı Kopenhagendə bir neçə saat ərzində baş vermiş iki terror hadisəsindən danışan baş nazir deyib:  “Ekstremist islam terrorizmi Avropanı yenidən silkələdi.  Avropa torpaqlarında yenidən yəhudilərin qanı töküldü. Onlar məhz yəhudi olduqlarına görə öldürülürlər”.

. Jerusalem (Israel), 15/02/2015.- Israeli Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting at his office in Jerusalem, Israel, 15 February 2015. (Jerusalén) EFE/EPA/ABIR SULTAN / POOL

Baş nazir bildirib ki, hökumət Fransa, Belçika və Ukraynadan gələ biləcək mühacirlər üçün 45 milyon dollar vəsait ayırıb.

 “Avropada və dünyanın hər yerində yaşayan yəhudilərə səslənirəm. Mən bildirirəm ki, İsrail qucağını açaraq sizi gözləyir” – deyə Netanyahu qeyd edib.

musavat.com

COMMENTS