Beqoviçlə bağlı yeni iddia – “Milan”

Beqoviçlə bağlı yeni iddia – “Milan”

“Qarabağ”la icarə müqaviləsi başa çatan və “Bornmut”a qayıdan Asmir Beqoviç karyerasını İtaliya A seriyasında davam etdirə bilər.

Qol.az-ın “Sky Sport İtalia”ya istinadən yaydığı xəbərə görə, “Milan” bosniyalı qolkiperlə maraqlanır. Bildirilir ki, komandanın ikinci qapıçısı  Pepe Reyna “Aston Villa”ya keçməyə yaxındır. Bu səbəbdən klub onun yerini A.Beqoviçlə doldurmağı düşünür.

Qeyd edək ki, Beqoviçin “Bornmut”la müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

DOSYE.ORG

COMMENTS