Berti Foqts millinin heyətini açıqladı

Berti Foqts millinin heyətini açıqladı

“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Palermoda İtaliyanın, 3 gün isə Xorvatiyanın Osiyek şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

 

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı oyunlarla əlaqədar oktyabrın 3-dən 8-dək Almaniyanın Frankfurt şəhərində, oktyabrın 8-dən 11-dək İtaliyanın Palermo şəhərində, oktyabrın 11-dən 14-dək isə Xorvatiyanın Osiyek şəhərində təlim-məşq toplanışı keçirəcək komandamızın baş məşqçisi Berti Foqts 25 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, Ufuk Budak, Taşkın İlter və Dmitri Nazarov təlim-məşq toplanışında oktyabrın 4-dən iştirak edəcəklər.

Xatırladaq ki, Türkiyənin aşağı liqasında mübarizə aparan “Qaziantep BB” klubunun hücumçusu Vaqif Cavadov və “Karşıyaka”nın futbolçusu Mahir Şükürov yığmaya çağırılmayıb. “Qarabağ”ın kapitanı Rəşad Sadıqov isə zədə səbəbinin millinin qarşıdakı oyunlarında komandaya kömək edə bilməyəcək.

Qapıçılar: Kamran Ağayev (“Qəbələ”), Səlahət Ağayev (“İnter”), Emil Balayev (“Neftçi”)

Müdafiəçilər: Bədavi Hüseynov, Maksim Medvedev, Tərlan Quliyev (hamısı “Qarabağ”), Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Elvin Yunuszadə, Elnur Allahverdiyev (hər ikisi “Neftçi”), İlkin Qırtımov (“Simurq”), Ruslan Əmircanov (“Qəbələ”), Ufuk Budak (“Qaziantep BB”, Türkiyə)

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ruslan Abışov, Cavid Hüseynov (hər ikisi “Qəbələ”), Qara Qarayev (“Qarabağ”), Araz Abdullayev (“Neftçi”), Taşkın İltər (“Ayntraxt” Braunşveyq, Almaniya), Abdulla Abatsiyev (“İnter”)

Hücumçular: Vüqar Nadirov (“Qarabağ”), Rauf Əliyev, Ağabala Ramazanov (hər ikisi “Xəzər Lənkəran”), Rüfət Dadaşov (“Saarbrükken”, Almaniya), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Məhəmməd Qurbanov (“Sumqayıt”).

COMMENTS