Berti Foqts “Zalsburq” – “Qarabağ” oyununda

Milli komandamızın baş məşqçisi Berti Foqts Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Zalsburq” – “Qarabağ” matçını canlı izləyəcək.

 

Bu barədə Qol.Az saytına Foqtsun köməkçisi Aslan Kərimov məlumat verib.
Millimizin məşqçisi qeyd edib ki, o özü də “Qarabağ”ın səfər matçına yollanacaq: “Yəqin ki, mən özüm də Avstriyaya gedəcəm. Çünki Foqts mənə bilavasitə milli komandamızın futbolçularının oyununu izləməyi tapşırıb”.

Xatırladaq ki, “Zalsburq” – “Qarabağ” matçı avqustun 6-sı Bakı vaxtı ilə 23:30-da start götürəcək.

COMMENTS