Beyləqan təhsilində Tofiq Sadıqov bəlası

Bu gün ölkənin təhsil sistemı strateji əhəmiyyət kəsb edən, xalqımızın gələcək müqəddəratını müəyyənləşdirən bir sahə kimi dövlətimizin xüsusi diqqət mərkəzində saxlanılır, bu sahənin inkişafına böyük qayğı göstərilir.

Təhsil sahəsində həyata keçirilən əsaslı islahatlar da məhz gənc nəslin sağlam düşüncəli, elmi biliklərə dərindən yiyələnmiş və müasir dünya görüşünə sahiblənmiş vətəndaşlar kimi formalaşdırılması məqsədinə xidmət edir. Lakin aparılan islahatlara baxmayaraq, bu gün məhz təhsil sahəsində hələ də ciddi kadr problemləri müşahidə olunmaqdadır və bu problemlərin ölkəmizin təhsil sistemi üçün dərin fəsadlar törədir. Bu gün təhsil sistemində ciddi problemlər yaşanan bölgələrimizdən biri də Beyləqan rayonudur. Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov səriştəsizliyi, işində yol verdiyi ciddi qanun pozuntuları, həmçinin müəllim əxlaqı ilə bir araya sığmayan şəxsi keyfiyyətləri təhsilin səviyyəsini son illər ərzində ən aşağı həddə endirmişdir. Azerinews.tv-yə çoxsaylı haqqı taptanmış rayon müəllimlərinin verdiyi məlumata görə, Tofiq Sadıqov rayon təhsilində əsl bazar açıb. Təhsil şöbəsinin müdiri yuxarı dairələrdə tanışlarının olmasını az qala müəllimlərin gözünə soxmasını deyən şikayətçi ziyalılar, Sadıqovun RTŞ-də istədiyini etdiyini bildirirlər. Bu saymamazlıq o həddə çatıb ki, işləmək istəyən müəllimləri pulsuz işə götürməyən şöbə müdiri, nazir Mikayıl Cabbarovun əmrlərininə qarşı çıxmaqdan da çəkinmir. Bundan başqa müəllimlərin dərs saatlarını kəsərək, öz əlində cəmləşdirən Sadıqov həmin saatlarını məktəb direktorlarına paylayıb, ayın axırında pulunu tələb edir. Məlumdur ki, məktəblərdə fakultativ məşğələlər, sinifdən xaric dərslər əksər yerlərdə keçirilmir. Həmin dərsləri də direktorlar müəllimlərin arasında razılıq əsasında bölür. Təbii ki, həmin puldan rayon təhsil şöbəsinin müdirinə də çatır. Bir sözlə Beyləqan təhsili bu gün ən ağlar günə qalıb. Onu bu vəziyyətdən çıxarmaq üçün mütləq köklü islahatlar lazımdır. Yoxsa, ANASI ağlar qalan Beyləqan təhsilinin olan-qalanını da itirəcəyik. Yeri gəlmişkən onuda qeyd edək ki, dəfələrlə onun işdən çıxması məsələsi gündəmə gəlsədə amma gözəgörünməz qüvvə və rayonda söz sahibi olan məmura 50 min manat verməsi onun postunda qalmasını təmin edib. Bir tərəfdən də onun digər himayədarı elə Təhsil Nazirliyində işləyən şəxsdirki onun da parası vaxtı, vaxtında çatdırılır. (gələn yazımızda bu şəxsində adını açıqlayacağıq)

Azerinews.tv-nin əmkdaşlarının əldə etdiyi ən son məlumatlara görə, Tofiq Sadıqov ağır yolxucu xəstəliyə tutumuş həyat yoladaşını(hələlik adını açıqlamırıq) 1saylı orta məktəbə direktor təyin edib. Bu azmış kimi, yaxın qohumlarını bacısı və qardaşı uşaqlarını eləcədə yeznəsinin iki nəfər qan qohumunu həmin məktəbdə adı var özü yox ştatla təmin edib. Buna əlavə olaraq 2, 4 və 7 saylı məktəb direktorlarından hər ay 500 manat pul yığıb havadarına verməsi bütün rayon sakinlərinə bəllidir. Eləcdə, Tofiq Sadıqovun orta məktəblərdə də hansı yolla adamları işə götürməyidə hamı yaxşı bəllidir. Bunun üçün öncə əlin cibində olmalı, həmçinin qohumluq faktoru nəzərə alınmalıdır. Hətta RTŞ-də və orta məktəblərdə əmək haqqı alan ölü canlarda kifayət qədərdir. Amma indiyə qədər həmin işçilərin üzünü görən olmayıb.Bununla yanaşı Tofiq Sadıqov bacısı qızını və şəhərdə ərdə olan qızında da 1 saylı orta məktəbdə işə düzəldib və neçə ildir ki, həmin məktəbin qapısını belə tanımadıqlarına baxmayaraq əmək haqqı alırlar. Sonda onuda bildirək ki, Tofiq Sadıqovun digər qazanc yeri də məktəblərə ayrılan yanacaqdır. Daxil olan məlumatlarda bu yanacağa vəsait dövlət tərəfindən məktəblərə ayrılması nəzərdə tutulsda Sadıqov bu vəsaitdən dədə malıkimi istifadə edərək, həmin yanacağı Beyləqanın kəndlərində və digər rayonlarda yaxın qohumları tərəfindən 10 qəpik aşağa satışının təmin edilməsi də bildirilir. Mövzuya qayıdacağıq bizi izləyin.

COMMENTS