Beyləqanda korrupsiya “çiçəklənir”

Vaqif Abdullayevin özü ilə Beyləqana gətirdiyi rüşvətxorluq prinsipləri.

 

Son zamanlar ölkədə özbaşınalıqlara və rüşvətxorluğa qarşı mübarizə ciddi şəkildə nəzarət altında saxlanılır. Demək olar ki, bu tip cinayətlərin azalması gözə çarpacaq qədər özünü göstərir. Ancaq buna baxmayaraq bir-çox rayonlara nisbətən Beyləqan rayonunda hələdə korrupsiyanerlər öz işlərini məharətlə görməkdədirlər. Demək olar ki, Vaqif Abdullayevin rayona tətbiq etdiyi qayda “gestapo” rejimindən betər olub. Məsələn son zamanlar Beyləqanda baş verənləri xatırlayaq.

1. Beyləqan Rayon Polis İdarəsinin Pasport Qeydiyyat şöbəsinin rəisi tutuqlandı.

2. Beyləqan rayon Polis İdarəsinin Yuxarı Aran kəndinin sahə müvəkkili vətəndaşdan avtomobilini sürətlə idarə etdiyi üçün birinci 1000 manat sonradan isə 500 manat tələb etməsi.

3. Yuxarı Aran kəndinin ərazi nümayəndəsinin sədri vətəndaşa vəzifə səlahiyyətlərin keçərək qoduq oğlu qoduq deməsi.

4. Təhsil şöbəsinin müdiri saxta diplomla işləməsi.

5.Beyləqan Maliyyə idarəsinin təhsilindəki problemlər.

6. Beyləqan şəhərinin merinin diplomu Gəncədən hansı formada alınaraq mer işləməsi.

Və bu kimi qalan nöqsanları növbəti dərcimizdə sizlərin diqqətinə çatdıracağıq.

Burda qeyd olunan idarələrin müdirlərinin münasibəti maraqlı olardı, buyurub münasibət bildirə bilərlər

COMMENTS