Biləsuvarın içra başçısı torpaqları kimin vasitəsi ilə mənimsəyib? – Hanı o hakimlər?

Biləsuvarın içra başçısı torpaqları kimin vasitəsi ilə mənimsəyib? – Hanı o hakimlər?

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin həbsindən sonra rayon sakinlərinə qarşı edilmiş haqsızlıqların, törədilmiş ağır cinayətlərin üstü açılmaqda davam edir.

Dosye.org xəbər verir ki, rayon sakinləri BakuPost.az saytına müraciətlərində onlara məxsus əkinə yararlı pay torpağının Mahir Quliyev tərəfindən təzyiq yolu ilə mənimsədildiyini bildirmişdilər. Bundan sonra məlum oldu ki, M.Quliyev həmin torpaqları ən yaxın adamları və traktorçuların adına qeydiyyatdan keçirib. Belə olduqda isə haqlı bir sual ortaya çıxır. Bu mənimsəmə prosesində hüquqi “tənzimlənmə” necə olub?

Millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı məsələyə toxunaraq, ölkədəki məhkəmə islahatlarının vacibliyinə toxunub. O bildirib ki, bir rayonda həbs olunan icra başçısı sahibkarın torpağını zorla almayıb. Məhkəmənin yardımı ilə qanunlaşdıraraq mənimsəyib:

“Əgər bir rayonda 150 bu cür məhkəmə qərarı varsa, görün respublikada nə qədərdir. Ona görə də prezidentin apardığı islahatlar ilk olaraq məhkəmə sistemində köklü dəyişikliklərlə müşayət olunmalıdır. Bizdə vicdanlı hakimlər az deyil, lakin müstəqil hakimlər yox dərəcəsindədir. Hakimlərə müstəqillik verilməyincə, onlara məmur gözü ilə baxıldığı halda onlar nə icra başçısının, nə nazirin qarşısında vətəndaşın qanuni maraqlarını müdafiə edən addımlar ata bilməyəcəklər. Onların maddi yəminatı yüksək olmalıdır ki, imkansızlıqdan korrupsiyaya bulaşmasınlar”.

Fazil Mustafa əlavə edib ki, bizdə Sovet nostalgiyası 1949-cu ilin donmuş ətini 1980-ci ildə talonla aldığımıza görə deyil, məhz məhkəmə ədalətsizliyinə görədir:

“Məhkəmənin səhv qərarını SSRİ Ali Məhkəməsində düzəltməyə ümid var idi, indi isə belə ümid də yoxdur. Vətəndaşa bu ümidi qaytarmalıyıq”.

Məsələ ilə bağlı açıqlama verən politoloq Fərhad Mehdiyev isə bəzi sualların cavabsız qaldığını qeyd edib:

“İcra başçıların islahat adına vəzifədən alınması ağılda xeyli sual yaradır. Məsələn, xəbər yayıldı ki, Biləsuvarın oğru və qəsbkar icra baçşısı məhkəmə yolu ilə camaatın əlindən 50 hektar torpaq da alıb. Yəni fermerləri inzibati məhkəməyə verib. Vicdansız və nadürüst hakimlər də onun dediyini edib.

DOSYE.ORG

COMMENTS