Binəqədi rayonunda yol qəzası oldu, xəsarət alanlar var

Binəqədi rayonunda yol qəzası oldu, xəsarət alanlar var

Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda, “Rahat” marketin yaxınlığında qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtobil yol kənarındakı betona çırpılıb. Hadisə nəticəsində 1986-cı il təvəllüdlü Qurbanov Tural Səməndər oğlu, 1999-cu il təvəllüdlü Cəlilov Sadiq Ceyhun oğlu və 1993-cü il təvəllüdlü Baxışlı İlkin Bəykişi oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. T.Qurbanova qapalı kəllə-beyin travması, S.Cəlilova qapalı kəllə-beyin travması, beyin əzilməsi, İ.Baxışlıya isə sol baldırın sınığı diaqnozları qoyulub.

DOSYE.ORG

COMMENTS