Birlikdə pivə içdiyi dostunu siqaret çəkdiyinə görə bıçaqladı

Birlikdə pivə içdiyi dostunu siqaret çəkdiyinə görə bıçaqladı

Pivə içdikləri zaman siqaret çəkən dostunu bıçaqlayan şəxsə cəza istənilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Məhərrəmov Quliyevə cəza istənilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı M.Quliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil çıxış edərək müvəkkilinin məcburi köçkün ailəsi olması, dayısı və əmisinin Qarabağ müharibəsində şəhid olmasının nəzərə alınmasını istəyib və cinayətin ictimai təhlükəli olmadığını bildirib.

Növbəti məhkəmə prosesi mayın 25-də davam etdiriləcək.

Bildirək ki, M.Quliyev qonşusu və dostu İbrahim Heydərli ilə məhlədə kafedə pivə içiblər. Bu zaman İ.Heydərli M.Quliyevə siqaret çəkməsinə görə irad bildirib.

Mübahisədən sonra kafedən çıxan dostlar küçədə söhbətə davam ediblər. M.Quliyev üzərində gəzdirdiyi bıçaqla İ.Heydərlini vurub. Sonra da özü maşınla onu xəstəxanaya aparıb. Məhkəmədə İ.Heydərli onu bıçaqlayan M.Quliyevlə barışdığını və şikayətçi olmadığını bildirib.

Dosye.org

COMMENTS