“Bizə superulduz lazım deyil” – Ranyeri

“Bizə superulduz lazım deyil” – Ranyeri

“Lester Siti”nin baş məşqçisi Klaudio Ranyeri maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.az-ın “goal.com”a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis komandasının ulduz futbolçuya ehtiyacı olmadığını bildirib:

“Biz çempion olduq və gələcəkdə başqa uğurlar da qazana bilərik. Ancaq bizə superulduz yox, komandaya uyğun futbolçular lazımdır. Bəzi futbolçularımız böyük klublara transfer ola bilər. Lakin orada əsas heyətə düşə bilməsələr, formalarını da itirəcəklər. Burada isə onlar kraldırlar. Düşünürəm ki, daha bir il burada qaldıqdan sonra digər kluba keçmələri daha faydalı olar”.

Qeyd edək ki, “Lester Siti” Ranyerinin rəhbərliyi altında tarixində ilk dəfə Premyer Liqanın qalibi adını qazanıb.

Dosye.org

COMMENTS