“Biz bu qədər söyüş söysəydik, topa-tüfəngə tutulardıq”

“Biz bu qədər söyüş söysəydik, topa-tüfəngə tutulardıq”

Əməkdar artist Rafael İsgəndərov “Ağır romantik” filminin qala gecəsinə qatılanlar sırasında yer alıb.

Axşam.az xəbər verir ki, aktyor ekran işini izlədikdən sonra həmkarları ilə filmi müzakirə edib. “Bu şəhərdə”nin siması ekran işindəki söyüşlər olan səhnələri müzakirə edib.

R.İsgəndərov Əməkdar artist Dilarə Əliyevaya yaxınlaşaraq “Biz bu qədər söyüş söysəydik, topa-tüfəngə tutulardıq. Hər söyüşü söydülər” sözlərini deyib.

Aktyor daha sonra “Ağır romantik”in baş rol ifaçıları Tuvana Turkay və Onur Tunanın film bitdikdən sonra zaldan tələsik çıxmalarına irad bildirib. O, “Bunlara bax, necə qaçırlar. Heç biz o boyda tamaşadan sonra bu cür qaçmırıq” deyə, əlavə edib.

DOSYE.ORG

COMMENTS