BMT-dən xəbərdarlıq: Bütün millətlər məhv ola bilər

BMT-dən xəbərdarlıq: Bütün millətlər məhv ola bilər

Bütün dövlətlər iqlim dəyişikliklərinin qarşısının alınması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Dosye.org  xəbər verir ki, bu sözləri BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet Polşanın Katovitse şəhərində iqlim dəyişikliklərinə həsr edilən konfransda deyib.

“Milyonlarla insan iqlim dəyişikliyindən yaranan təhlükə ilə qarşı-qarşıyadır. Dünya birliyi təsirli, təcili və insan haqları çərçivəsində tədbirlər görməlidir. İqlim dəyişikliyi hamımızın bel bağladığı ekosistemlərə təsir edir. Bütün millətlər, ekosistemlər, xalqlar və yaşayış şərtləri rahat şəkildə məhv ola bilər”, – deyə diplomat bildirib.

Dosye.org

COMMENTS