Bolqarıstan türkləri millət vəkili Qənirə Paşayevanı mükafatlandırıb

Bolqarıstan türkləri millət vəkili Qənirə Paşayevanı mükafatlandırıb

Millət vəkili Q.Paşayeva Azərbaycanda səfərdə olan  BULTÜRK Genel başkanı Rafet Ulutürk  və təşkilatın üzvləri ilə görüşüb. 

 
Millətvəkili  Qənirə Paşayeva BULTÜRKGenelbaşkanı ilə görüşdə onların Qarabağ həqiqətlərinin yayılmasında fəallıqlarını daha da artıracaqlarına inandığını deyib.  Görüş zamanı millətvəkiliQ. PaşayevaAzərbaycanilə  Türk dövlət və toplumlarının QHT-ləri arasında əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyət verici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib. 
 
BULTÜRK Genel başkanı Rafet Ulutürk  və təşkilatın üzvləriilə görüşdə Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açan Qənirə Paşayeva Azərbaycan QHT-ləri ilə Türk dövlət və toplumlarından olan QHT-lər arasında əməkdaşlığın artmasının daha da vacibliyi ilə də bağlı geniş fikirlərini də bildirib və  Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya daha da geniş yayılmasında bunun önəmindən danışıb. 
 
Azərbaycanı çox sevdiklərini və Qarabağ həqiqətlərinin yayılması istiqamətində hər zaman öz fəaliyyətləri ilə Azərbaycanın yanında olduqlarını və bundan sonra daha da çox olacaqlarını deyən  BULTÜRK Genel başkanı Rafet Ulutürk  və təşkilat üzvləri millət vəkili Q. Paşayevaya Bolqarıstanda türklərinin vəziyyəti ilə bağlı son məlumatlar, həyata keçirdikləri işlər, Azərbaycanla birlikdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə geniş məlumat veriblər və ona hər zaman bütün beynəlxalq platformalarda Bolqarıstan türklərinə dəstək verdiyi üçün təşəkkür ediblər.  
 
Millət vəkili Q. Paşayeva “siz bizim qardaş-bacılarımızsınız və insanlarımızın yanında olmaq bizim borcumuzdur”- deyərək bundan sonra da hər zaman  Bolqarıstanda  yaşayan insanlarımızla münasibətlərin genişlənməsi, onların səsinin dünyaya daha geniş duyurulması istiqamətində əlindən gələni edəcəyini deyib. Millət vəkili Azərbaycan gənclərinin orada yaşayan insanımızı daha yaxından tanıması işinə töhvə vermək üçün Bolqarıstan türkləri ilə bağlı hazırladığı yazıların yaxınlarda dərc ediləcəyini bildirib. 
 
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva BULTÜRK Genel başkanı Rafet Ulutürk  və təşkilatın üzvlərinə  Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Karabağ hikayeleri”,“Hocalı Soykırımı tanıkların dilinden” kitablarını da təqdim edib. Görüşdə Atatürk Mərkəzinin şöbə müdiri, şair, araştırmaçı Əkbər Qoşalı da iştirak edib.

COMMENTS