Braziliya Prezidenti koronavirusa yoluxdu

Braziliya Prezidenti koronavirusa yoluxdu

Dövlət başçısının koronavirusa yoluxması ilə bağlı ilk hal qeydə alınıb.

Virtualaz.org xarici KİV-lərə istinadən bildirir ki, Braziliya Prezidenti Jair Bolsonarudan koronavirusla bağlı götürülmüş test müsbət nəticə verib.

Təhlillərin digər nəticələri martın 13-də açıqlanacaq.

Bundan əlavə, prezidentin mətbuat katibi Fabio Vaynqarten də analiz verib və onda da koronavirus aşkar edilib.

Qeyd edək ki, Braziliyanın yüksək səviyyəli nümayəndə heyəti martın 7-dən 10-dək ABŞ-da səfərdə olub, bu müddətdə Braziliya prezidenti və komandası ABŞ Prezidenti Donald Tramp ilə görüşüb.

DOSYE.ORG

COMMENTS