“Brügge” çempion elan olundu – Rəsmi

“Brügge” çempion elan olundu – Rəsmi

Belçika Liqasında 2019/2020 mövsümü koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb və “Brügge” çempion elan olunub.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. “Brügge”nin növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyi vurğulanıb. Bildirilib ki, klubların ən azı 84 faizi çempionatın vaxtından əvvəl dayandırılmasına səs veriblər.

Liqa sonuncusu “Vasland-Beveren” isə aşağı liqaya göndərilib. Xatırladaq ki, “Brügge” 15 xallıq fərqlə lider idi.

Qeyd edək ki, bundan əvvəl Fransa və Niderlandda bu mövsüm erkən başa çatdırılıb.

DOSYE.ORG

COMMENTS