“Bu, Azərbaycan üçün böyük uğurdur” – Berti Foqts

Millimizin baş məşqçisi Berti Foqts Bakının “Avro-2022″ə ev sahibliyi edəcək şəhərlər arasında olmasına münasibət bildirib.

 

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, bunun Azərbaycan üçün böyük uğur olduğunu deyib:

“Bakı möhtəşəm şəhərdir. Son illərdə Azərbaycan futbolu inkişaf edir. Burada yeni stadionlar, akademiyalar tikilir. Futbola böyük sərmayə yatırılır. Bakı “Avro-2020″ə ev sahibliyi etməyə layiq idi”.

Qeyd edək ki, Azərbaycan qrup mərhələsinin üç oyununu və 1/4 final mərhələsinin bir matçını qəbul edəcək.

COMMENTS