Bu yollarda tıxac yarandı

Bu yollarda tıxac yarandı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Axar.az– Mərkəzdən bildirilib.

Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

– Heydər Əliyev prospekti kənar yol – Mərkəz istiqamətində;

– Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

– Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;

– Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

– Tiflis prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

– Babək prospekti – Mərkəz istiqamətində;

– Abdulvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

– 28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

– Zərifə Əliyeva küçəsində;

– Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

– Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində;

– Niyazi küçəsi – “Azneft” dairəsi istiqamətində;

– Babək prospekti – Mərkəz istiqamətində;

– Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində;

– “20 Yanvar” dairəsində.

COMMENTS