Bulvarda intihar edən tələbənin meyiti tapıldı

Bulvarda intihar edən tələbənin meyiti tapıldı

Ötən ay Bakı bulvarında özünü dənizə ataraq intihar edən Nəzakət Rzazadənin meyiti tapılıb.
Bu barədə Azvision.az -a onun atası Muğdət Rzazadə məlumat verib.

O bildirib ki, qızının cəsədi ötən gün axşam saatlarında Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində dənizdən çıxarılıb: “Meyiti ekspertizadan sonra bizə təhvil verdilər. Hazırda dəfn etmək üçün Sabirabad rayonuna gedirik”.

Qeyd edək ki, fevralın 25-də Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı özünü bulvarda dənizə ataraq intihar edib. Azərbaycan Tibb Universitetinin tələbəsi olan gənc qızın sevdiyi oğlana görə intihar etdiyi bildirilib.

COMMENTS