“Bursaspor”u keçmişik, “Neftçi” üzərində qələbəyə də inanırıq”

“Sözün düzü, “Bursaspor”u keçəcəyimizi fikirləşmirdim. Amma biz cəsarətli oyun nümayiş etdirdik. Həm maliyyə, həm də peşəkarlıq baxımından bizdən üstün olan komandanı məğlub etdik”.

 

Qol.Az-ın məlumatına görə, bu sözləri Gürcüstanın “Çixura” klubunun kapitanı David Odikadze Avropa Liqasının II təsnifat mərhələsində “Bursaspor” üzərində qələbə qazandıqları oyun (penaltilər – 4:1) haqda danışarkən deyib.

Təcrübəli futbolçu Avropa Liqasının III təsnifat mərhələsində rəqibləri olan “Neftçi” haqda da fikirlərini bildirib: “Neftçi”ni çoxdan tanıyıram. “Neftçi” Azərbaycanın ən güclü komandasıdır. Mən 2010-cu ildə Bakının “İnter” komandası ilə çempion olmuşam. Həmin il kubokun finalında “Neftçi” bizə qalib gəldi. Bu ilin iyun ayında “Neftçi” ilə iki yoxlama oyunu keçirdik və onları məğlub etməyi bacardıq. Ancaq rəsmi oyun yoxlama görüşündən fərqli olur. Necə deyərlər, iştah diş altındadır. “Bursaspor”u keçmişik, “Neftçi” üzərində qələbəyə də inanırıq”.

Xatırladaq ki, “Neftçi” – “Çixura” matçı iyulun 31-də, cavab qarşılaşması isə bir həftə sonra baş tutacaq

COMMENTS