“Bütün oyunlarda qalib gəlmək istəyirik” – Davit Volkov

“Bütün oyunlarda qalib gəlmək istəyirik” – Davit Volkov

Gürcüstan millisinin futbolçusu Davit Volkov Albaniya ilə yoxlama oyunu öncəsi keçirilən mətbuat konfransında iştirak edib.

Qol.az xəbər verir ki, “Zirə”nin hücumçusu yığmada əhval-ruhiyyənin yaxşı olduğunu deyib:

“Ardıcıl dörd qələbəmiz var. Komanda yaxşı əhval-ruhiyyədədir. Biz bütün oyunlarda qalib gəlmək istəyirik. Taktiki cəhətdən yaxşı oyun nümayiş etdirəcəyik və məşqçinin tapşırıqlarını yerinə yetirəcəyik. Əminəm ki, Albaniya yığması ilə yaxşı yoldaşlıq oyunu olacaq. Çalışacağıq ki, bu görüşü qələbə ilə başa vuraq və Millətlər Liqasını yaxşı əhval-ruhiyyədə qarşılayaq”.

Qeyd edək ki, Albaniya – Gürcüstan görüşü sabah keçiriləcək.

Xatırladaq ki, D.Volkov 10 xalla Premyer Liqamızda hazırda bu mövsümün ən yaxşı bombardiridir.

DOSYE.ORG

COMMENTS