Bütün pisliklərə, şantaja qol qoymuş adam – Fərman Cabbarov

Fərman Cabbarov havayı yolla varlanmaq niyyətindədir. O, növbəti dəfə məhkumluq həyatı yaşaya bilər.

Bu gün az qala hər yerindən duran, hüquq elmindən başı çıxan da, çıxmayan da, insan hüquq və azadlıqları barədə məlumatı olan da, olmayan da sinəsinə döyən şəxslərin sayı kifayət qədərdir. Onlardan biri də Fərman Cabbarovdur. Yəqin ki, onun adı mətbuat nümayəndələrinə və Laçın rayon sakinlərinə, eləcə də ölkənin mətbuat nümayəndələrinə çox gözəl tanışdır.

Bu adam özünü xalq, Vətən, millət, dövlət və dövlətçilik yolunda mübarizə aparan fədai kimi təqdim etməyə çalışsa da, artıq çoxları onun əməlləri və indiyədək hansı əyri işlərlə məşğul olması barədə kifayət qədər məlumatlıdır. Özünü ağıllı və savadlı kimi təqdim edən Fərman Cabbarov son vaxtlar özünü önəmli işlərlə məşğul olan aktiv “demoqoq” kimi aparır. Özünü demoqoq kimi qələmə verən Fərman Cabbarov öz çirkin əməllərindən əl çəkmir.

Fərman Cabbarov ənənəvi ampluasından çıxış edərək bəzi idarə və təşkilat rəhbərlərinin işinə maneçilik yaratmağa çalışır. O bəzi maraqları təmin olunduqdan sonra məlumatı olmadığı məsələ barəsində danışmaqla yanaşı, ağına-bozuna baxmadan dövlət və dövlətçilik üçün əllərindən gələni edən, bu yolda heç nədən və heç kimdən çəkinməyən şəxslərin barəsində həqiqətə uyğun olmayan fikirlər söyləməklə onları cəmiyyətin gözündən salmağa çalışır.

Amma cəmiyyət Fərman Cabbarovun kim olduğunu çox yaxşı bilir.

Marağında olan varsa, Ağcabədi rayon ərazisində yerləşən Taxta Körpüyə səfər edib orada əhali arasında kiçik bir sorğu keçirə və Fərman Cabbarovla bağlı camaatın fikirlərini öyrənə bilərlər. O zaman bəlli olacaq ki, Laçında heç kim onun səmimi olmasına inanmır. Qanuna riayətdən danışan Fərman Cabbarov məhz dələduzluq etdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanmışdı. Həmin vaxt o, həbs olunub və cəza alıb. Həbsdə olmuş şəxs bu gün hansı həqiqətdən danışa bilər?

Qeyd edək ki, o həbsdən azad olunduqdan sonra yenidən ənənəvi fəaliyyətinə – “demoqoq” adı altında əyri işlərlə məşğul olmağa başlayıb. Məhz elə buna görə də Laçın rayonunda, ümumiyyətlə, Qarabağ zonasında əhali Fərman Cabbarovu yaxşı tanıdıqlarından heç kim onu ciddiyə almır. Adətən cinayət törətmiş şəxs cəzaçəkmə müəssisəsinə düşəndə orda islah olur, bir daha qanunun tələblərini pozmayacağı barədə öz-özünə söz verir.

Görünən odur ki, Fərman Cabbarov həbs müddəti dövründə islah olunmayıb. Əksinə onun havayı yolla varlanmaq, pul qazanmaq hərisliyi daha da artıb. Bizə çatan məlumatlara görə, “demoqoq” köhnə əməllərini hələ də yerə qoymayıb. Deyilənə görə, Fərman Cabbarov bəzi şəxslərdən müəyyən miqdarda pul tələb edir və bunun əvəzində onların hüquqlarını müdafiə edəcəyini bildirir.

Axı biz başa düşə bilmirik ki, ölkənin aidiyyəti hüquq-mühafizə orqanları, müstəqil məhkəmə sistemi olduğu halda, Fərman Cabbarov niyə bu iddiaya düşüb. Məgər onun savadı belə çoxdur?.. O bu addımı ilə əlaqədar hüquq-mühafizə orqanlarının, o cümlədən məhkəmə instansiyalarının şəffaf fəaliyyətini sanki şübhə altına alır. Ki, bu da bağışlanası bir hal deyil.

Hazırda ölkəmizdə Fərman Cabbarov kimi “demoqoq”ların sayı yüzlərlədir. Onların bir neçəsi vətəndaşlara qarşı dələduzluq etdiklərinə görə həbs olunublar. Deyəsən, bu gedişlə “demoqoq” növbəti dəfə məhkumluq həyatı yaşamalı olacaq. İnanırıq ki, hüquq-mühafizə orqanları Fərman Cabbarovun bu çirkin və dələduz əməllərinə hüquqi qiymət verərək, layiqli cəzalandıracaq.

P.S. Növbəti sayımızda Fərman Cabbarovun Mişni kənd sakini Əzimov Şakirdən, Alxaslı kənd sakini Hadıyev Şavağat Müzəfər oğlundan, Ağcabədi rayon sakini Həsənova Arzu Həsən qızından, Qarakeçdi kənd sakini Zöhrab kişidən, Rüstəmov Əsədulla Araz oğlundan, Atakişiyev Ağaşirinin oğlundan rüşvət və dələduzluq yolu ilə pulu necə istəməyindən, idarə müdirləri saytlar vasitəsi ilə şantaj etməsindən, PKK ideyalarını təbliğ etməsindən, bəhs edəcəyik.

P.P.S. Hətta Fərman Cabbarovun Ağcabədi rayonunda qeyri-resmi yaşadığı qadından iki qız övladının olmasından yazacağıq.

COMMENTS