Cəlilabad rayonunda Tarix-Diyarşunaslıq Müzeyində sərgi təşkil edildi

Cəlilabad rayonunda Tarix-Diyarşunaslıq Müzeyində sərgi təşkil edildi

17 noyabr 2016-cı il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyində fonda daxil edilmiş yeni eksponatlardan ibarət sərgi təşkil olunmuşdur.

Sərgidə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, icra aparatının işçiləri,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov təşkil edilmiş sərginin əhəmiyyətindən danışmış, Azərbaycan Tarixinin öyrənilməsində mühüm rol oynayan axeoloji ekponatların muzeydə toplanılması və mühavizəsinin önəmini vurğulamışdır.

Əziz Əzizov bildirmişdir ki, bu günün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir.Vətəndaşlarımız muzeylərimizi gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını dahada zənginləşdirir. Qədim əsərlər, sənədlər bizə keçmişdə yaşayan insanların düşüncələri, inancları,yaşayışları, qabiliyyətləri haqqında məlumat verir.

Keçmişi öyrənərək bugünü anlamağa kömək edir. Bu gün ölkəmizdə bir sıra yeni muzeylər tikilir, eləcə də mövcud olanları əsaslı şəkildə yenilənir. Qədim tarixi olan və geniş turizm potensialına malik Azərbaycan üçün bu cür muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu sırada Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi üçün tikilən yeni binanı göstərmək olar.

Qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də Cəlilabadın tarixini əks etdirən və turistlər üçün böyük maraq doğuran çoxlu sayda eksponat var. Bu eksponatlar bölgənin tarixini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Buna görədə biz Cənab Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bidiririk.

Belə ki,29 aprel 2010- cu il tarixində Tarix- Diyarşünaslıq muzeyinin açılışinda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Muzeydə  Respublikanın və rayonun qədim orta əsr yeni dövrünə aid arxeloji tapıntılar nümayiş etdirilir. Muzeydə 7 bölmədən ibarətdir. Muzeydə təbiət,antik dövr, kənd təsərrüfatı, hərbi dövr, etnoqrafik, tunc dövrü  bölmələri,həmçinin açıq səma altında muzey fəaliyyət göstərir.

Sonda tədbir iştirakçıları sərgidə nümayiş etdirilən 1134 ədəd yeni ekponatlarla tanış olmuşlar.

Dosye.az

COMMENTS