Cəlilabadda daha bir bələdiyyə sədri örüş torpaqları satıb-İDDİA

Cəlilabadda daha bir bələdiyyə sədri örüş torpaqları satıb-İDDİA

Cəlilabad rayonunda torpaq qalmqalı ilə bağlı daha bir məlumat redaksiyamıza daxil oldu.

Belə ki, rayonun Muğan kənd bələdiyyə sədri Vasif Həsənov kəndin örüş sahəsinin iki hektarını Söyüdlü kənd sakinlərinə satıb.

Bu barədə DOSYE.ORG-u bilgiləndirən mənbə vurğulayır ki, kənd sakinləri məsələdən xəbər tutan kimi bələdiyyə sədrini ifşa ediblər. Mənbə daha sonra əlavə edir ki, rayonun icra başçısı Rafiq Cəlilov dərhal V. Həsənovu yanına çağırıb. Lakin bələdiyyə sədri torpağın satdığını etiraf etməyib. Görünən tərəf odur ki, rayonda xırda məmurlar icra başçısı R. Cəlilovu ciddiliyə almaq belə istəmirlər. Bunun da müəyyən səbəblərini qeyd edə bilərik. Məsəl üçün, bir zamanlar R. Cəlilov özü şəxsən “kupça” satmaqla məhşurlaşmışdı. Bu barədə kifayət qədər arqumentlər göstərə bilərik…

Əldə etdiyimiz son məlumatlara görə, kənd sakinlərin təkidindən sonra V. Həsənov torpağın sənədini çırarağ məhv edib. Bu o demək deyil ki, bələdiyyə sədri məsüliyyətdən yayınır. Məsələ ilə bağlı aidiyyati qurumlara, Baş Prokurorluğa və Cəlilabad rayon Prokurorluğuna müraciət olunacaq.

Xatırladaq ki, 2021-ci ildə Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır. Görünür, toplananların yerin dəyişdikdə cəm dəyişmir.

Qarşı tərəfin müvqeyini dərc etməyə hazırıq.

Bizi izləməyi unutmayın…

cəlilabadın muğan kəndində qətil hadisəsi|TikTok Search

COMMENTS