Cəlilabad rayonunun Fətullaqışlaq kəndinə yaxınlıqda olan dağlıq ərazidə yenidən yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının söndürülməsinə çalışır.
Yanğının 1 ha-dək yayıldığı sahədə quru ot və kol-kosun olması yanğınsöndürənlərin işini bir qədər çətinləşdirib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Xatırladaq ki, bu ərazidə yanğın hadisəsi ötən ayın 28-də olub.
DOSYE.ORG
COMMENTS