Cəllabadlılar hazırkı bələdiyyə sədrinə etiraz edir: ” Sənə səs verən deyilik, real namizədimiz var…”

Cəllabadlılar hazırkı bələdiyyə sədrinə etiraz edir: ” Sənə səs verən deyilik, real namizədimiz var…”

Bələdiyyə seçkiləri yaxınlaşdıqca namizədlər arasında baş verən maraqlı hadisələr mətbuata sızmağa başlayır.

Bu barədə dosye.org-a məlumat verən bələdiyyə üzüvünün bildirdiyinə görə, ötən bələdiyyə seçkilərində saxtakarlıq sözünhəqiqi mənasında inanılmaz dərəcədə həyata keçirildi. İcra başçılarının “dabrosu” ilə seçilənlər sədirlik dövürlərində heç bir vətəndaşın şikayətini dinləmir, əksinə öz şəxsi maraqlarını üstün tutmaqla və bəzi dövlət əhmiyyətli tədbirlərdə özlərini sığortalamaqla işlərini bitmiş hesab edir. Bu günlərdə dosye.org informasiya agentrliyinin elektron ünvanına bir qurup Cəlilabad rayon sakini məktub ünvanlayıb. Məktubda deyilir ki, cəlilabadlılar Kərimov Namik Mövsü oğlunu real namizəd kimi görür və ona inanırlar. Təbii ki, bələdiyyə seçkilərində vətəndaşların səs çoxluğu o deməkdir ki, artıq bələdiyyə sədri bəllidir.

Lakin, ötən seçkilərdə sifarişlə seçilən bəzi bələdiyyə sədrləri yenidən seçilmək üçün bütün vasitələrdən istifadə etməyə şalışırlar. Mənbə iddia edir ki, Cəlilabad bələdiyyəsinin sədri İlham Babayev, icra başçısı Namik Zeynalova kifayət qədər rüşvət verdiyini deyir. Əlbətdə ki, mənbəmizin iddiası ilə qisməndə olsa razılaşmaq mümkündür. Xatırladaq ki, Cəlilabad RİH başçsı N. Zeynalov icra nümayindəsini yeni təyin olunan məktəb direktorun üzərinə göndərərək onda böyük məbləğdə “şirinlik” tələb etmişdir.

Bütün bunlar bir daha sübüt edir ki, İlham Babayevin yenidən rüşvət hesabına bələdiyyə sədri seçilmək şansı yüksəkdir. Cəlilabadlılar isə icra başçısının bu addımını pisləyir, demokratik seçkilərə qarşı olduğunu bildirirlər. Rayon sakinləri vurğulayırlar ki, onlar yalınız Kərimov Namik Mövsü oğluna səs verib seçəcəklər. Əgər bizim səsimiz yenidən rüşvətlə əvəz olunacaqsa biz buna qəti şəkildə etiraz edəcəyik. Görünən tərəf odur ki, ölkədə aparılan seçkilər icra başçıları tərəfindən birbaşa saxtalaşdırılır.

Bir daha nəzərinizə çatdıraq ki, Cəlilabad bələdiyyəsinin sədri İlham Babayev haqqında son günlər inanılmaz məlumatlar yayımlanır. Bələdiyyə sədrinin rayonun xanım  sakininə (adı şərtdir) intim təklifi Cəlilabadlıra tərəfindən nifrətlə qarşılandı. Bu barədə növbəti yazılarımızda.

DOSYE.ORG

COMMENTS