Cənab Əmrullayev bu faktı NƏDƏN ARAŞDIRMIR? – İLGİNC FAKT

Cənab Əmrullayev bu faktı NƏDƏN ARAŞDIRMIR? – İLGİNC FAKT

Son illərdək Azərbaycan təhsil sektorunda kifayət qədər saxtakarlığın olduğu, diplomların, elmi işlərin satın alındığı kimsəyə sirr deyil. Təəssüflə qeyd etməliyik ki, təhsildən xəbəri olmayan və pulla diplom alan insanların sayı son illər yetərincə artıb. Bu da dövlət qurumlarında kifayət qədər qeyri-peşəkar və diletant kadrların sayının təbii olaraq çoxalması deməkdir. DOSYE.ORG xəbər verir ki, bu barədə hurriyet.az saytı məlumat yayıb.

Məlumatda daha sonra deyilir:

Ölkə rəhbərliyi bu cür yarıtmaz kadrlara qarşı mübarizə aparsa da təəssüflə qeyd etməliyik ki, bəzi qurumlar bu xoş məramlı missiyasın qarşısında sipərə çevrilirlər. Onlar nəyinki saxtakarlığa qarşı mübarizə aparır, eyni zamanda təqdim edilən dəlilləri görməzdən gəlirlər.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, bu günlərdə 1998-ci ildə Azərbaycan Aqrar-ekologiya İnstitutu tərəfindən Xəlilova Mahirə Ərşad qızına verilən diplomun saxta olması ilə bağlı redaksiyamıza məlumat daxil olub. Biz öz peşə vəzifəmizə uyğun olaraq, Təhsil nazirliyinə müraciət etdik. Təəssüflə qeyd etməliyik ki, Təhsil nazirliyi nəyinki bu saxtakarlıq iddiasını araşdırmaqda maraqlıdır, hətta “Hürriyyət”in sorğusuna cavab verməyi belə özünə “sığışdırmır”.

Məlumat üçün bildirək ki, məsələylə bağlı dəfələrlə Təhsil nazirliyinə müraciət etsək də sorğumuza cavab verilməmişdir.

QEYD: Mövzunu diqqətdə saxlayacağıq. Növbəti sayımızda faktla bağlı oxucularımıza daha geniş məlumat verməyə çalışacağıq.

Cənab Əmrullayev bu faktı NƏDƏN ARAŞDIRMIR? - İLGİNC FAKT

COMMENTS