Cənab Baş Prokuror, cənubda meşələr talan edilir

Cənab Baş Prokuror, cənubda meşələr talan edilir

Ötən yazılarımızda cənub meşələrin talan edilməsi və digər cinayət xarakterli məlumatlar dərc etmişdik.

DOSYE.ORG olaraq yenidən köklü araşdırmalara start verdik. Beləliklə araşdırmalarımızın nəticələrini sizlərin diqqətinə çatdırırıq.

Cənub bölgəsində meşələri satın alması və bu kimi digər xoşagəlməz hadisələr fotolarla öz təsdiqini tapmışdır. Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Aqil Babaşov başda olmaqla, eyni zamanda meşəbəyilər cənub meşələrini sahibkarlara sataraq təbiətimizə böyük zərbə vurmuşdur.

Əfsüslər olsun ki, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev və digər şəxslər susmağa daha çox üstünlük verib. Əməkdaşlarımızın son araşdırmaları daha dəhşət və utanvericidir.

Belə ki, meşəbəyi Hafiz Mürşudov çəkinmədən iri gövdəli ağacları kəsdirərək sexlərə satır. Əlbətdə ki, H. Mürşudov belə bir ağır yükün altına tək girməyə cəsarət etməz. Məhz direktor Aqil Balaşovun göstərişi əsasında meşələrimiz məhv edilir.

Bu barədə nazirliyə məlumat versək də, heç bir tədbir görülmür. Əksinə, hər gün təbiət bir qurup məmur tərəfindən soyqırıma məruz qalır.

DOSYE.ORG olaraq məsələni bir başa Baş Prokuror cənab Kamran Əliyevin diqqətinə çatdırmağa çalışırıq.

 

COMMENTS