Cavadovun yeni baş məşqçisi məlum oldu

Cavadovun yeni baş məşqçisi məlum oldu

Millimizin üzvləri Vaqif Cavadov və Rəhman Hacıyevin şərəfini qoruduğu “Qaziantep BB”nin yeni baş məşqçisi rəsmən müəyyənləşib.

 

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Nurullah Sağlamın istefasından sonra boş qalmış baş məşqçi vəzifəsinə Hakan Kutlu gətirilib. Onunla iki illik müqavilə imzalanıb.

“Qaziantep BB”nin mətbuat xidmətinin rəhbəri İbrahim Açıkgöz deyib ki, H.Kutlu bu gün ilk məşqinə çıxacaq.

Qeyd edək ki, klubun müvəqqəti baş məşqçisi Faik Dəmir idi.

COMMENTS