Cenifer Lopez qəzaya düşdü

Dünya şöhrətli müğənni və aktrisa Cenifer Lopez Kaliforniyada qəzaya düşüb.

 

Hadisə Malibuda baş verib. Qəzada sənətçi ilə bir yerdə onun iki uşağı və rəfiqəsi Lia Remini də olub.

ANS PRESS-in məlumatına görə, işıqforda dayandıqları zaman sərxoş olan bir sürücü sənətçinin yeni maşınını vurub. Xoşbəxtlikdən hadisədə xəsarət alan olmayıb. Bu haqda sənətçi sosial şəbəkədəki səhifəsində yazıb.

Qəza törədən şəxs isə hadisə yerindən qaçıb. Sonradan hüquq-mühafizə orqanlarının əməkdaşları onu tutmağa müvəffəq olub və kişi həbs olunub.

COMMENTS