Çorum rəsmiləri Qənirə Paşayevanın təklifini dəstəkləyib

Millli Məclisin üzvü Qənirə Paşayeva Azərbaycana gəlmiş Çorum İl Genel Meclis başqanı Halil İbrahim Kaya və onun rəhbərlik etdiyi Çorum rəsmilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Türkiyənin böyük vilayətləridən olan Çorumun da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva İl Genel Meclis başqanı Halil İbrahim Kaya və onun rəhbərlik etdiyi Çorum rəsmilərindən ibarət nümayəndə heyəti ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Çorumun mərkəzi küçələrdən birinə Qarabağ , mərkəzi parklardan birinə Şuşa adının veriləcəyinə inandığını deyib və Çorumda bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiklərini deyən İl Genel Meclis başqanı Halil İbrahim Kaya və onun rəhbərlik etdiyi Çorum rəsmilərindən ibarət nümayəndə heyəti üzvləri Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyiblər. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən İl Genel Meclis başqanı Halil İbrahim Kaya və onun rəhbərlik etdiyi Çorum rəsmilərindən ibarət nümayəndə heyəti üzvləri hər zaman qardaş Azərbaycanın yanındayıq deyiblər və millət vəkili Qənirə Paşayevanın Çorumda Qarabağ küçəsi və Şuşa parkı təkliflərini müsbət qiymətləndirdiklərini deyərək bu təkliflərın qısa zamanda reallşacağını söyləyiblər və millət vəkili açılış və Çorumda təkrar konfrans verməyə dəvət ediblər. Şuşa parkında qədim Şuşada Xan qızı Nətavanın bulaq kompleksi kimi bir abidənin tikilməsini də təklif edən və abidənin şəklini nümayəndə heyətinə təqdim edən millət vəkili Q.Paşayeva Azərbaycanın və Türk dünyasının böyük aydınlarından Xurşudbanu Natavanın adını daşıyacaq belə bir abidənin önəmini xüsusi vurğulayıb. İl Genel Meclis başqanı Halil İbrahim Kaya və onun rəhbərlik etdiyi Çorum rəsmilərindən ibarət nümayəndə heyəti üzvləri təklifi çox müsbət qiymətləndirərək Şuşa Parkında Xan qızı Nətavanın bulaq kompleksinin salınacağını da deyiblər. Nümayəndə heyətinə müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Çorumun da yer alacağını bildirib və Azərbaycan insanına Çorumu daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Millət vəkili İl Genel Meclis başqanı Halil İbrahim Kaya və onun rəhbərlik etdiyi Çorum rəsmilərindən ibarət nümayəndə heyəti üzvlərini ilə görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İl Genel Meclis başqanı Halil İbrahim Kaya və onun rəhbərlik etdiyi Çorum rəsmilərindən ibarət nümayəndə heyəti üzvlərinə həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən”, “Karabağ hikayeleri” kitablarıını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib və onların Çorumda təkrar konfrans vermək təklifini qəbul edərək “İnşallah Qarabağ küçəsi və Şuşa parkı açılışında mütləq gələcəm və Qarabağla bağlı konfrans da verəcəm” deyib.

COMMENTS