Cüneyt Çakıra daha bir mühüm təyinat

Cüneyt Çakıra daha bir mühüm təyinat

Türkiyəli hakim Cüneyt Çakır daha bir mühüm oyuna təyinat alıb.  

Qol.az-ın xəbərinə görə, o, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək  “Bavariya” – “Atletiko” (Madrid) matçını idarə edəcək. Cüneyt Çakıra Cem Satman və Tarık Ongun, Sərkan Ok, Hüseyin Göçək ve Barış Şimşək kömək edəcək.  Sözügedən qarşılaşma mayın 3-də olacaq.  Xatırladaq ki, C.Çakır bundan əvvəl Çempionlar Liqasının yarımfinalında keçirilən “Maneçester Siti” – “Real” (Madrid) oyununu idarə edib.

COMMENTS