“Dəli, düşünmə ki…” – Qasım Süleymaninin qızından Trampa

“Dəli, düşünmə ki…” – Qasım Süleymaninin qızından Trampa

Tehrandan İran İslam İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Qüds Briqadasının komadanı Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-a təhdidlər davam edir.

Teleqraf.com xəbər verir ki, İran Ali Məsləhət Şurasının sədri Möhsün Rzayi və Qasım Süleymaninin qızı Zeynəb Süleymani ABŞ Prezidenti Donald Trampı hədələyib.

Rzayi Tramp və Amerika ordusundan intiqam alacaqlarını bildirib:

“Buna şübhə yoxdur, Tramp və əsgərlərindən qisas alacağıq. Əgər Tramp dediyi kimi, buna cavab versə, onda biz də Hayfa və İsrailin strateji mərkəzlərini yerlə-yeksan edəcəyik”.

Qasım Süleymaninin qızı Zeynəb də Tehranın “hədə marafonu”na qoşulub:

“Atamın şəhidliyi İsrail və ABŞ-a qaranlıq günlər yaşadacaq. Dəli Tramp atamın ölümü ilə hər şeyin başa çatdığını düşünməsin”.

DOSYE.ORG

COMMENTS