“N” saylı hərbi hissədə bayram konserti keçirildi

Dosye.org xəbər verir ki, 17.07.2015-ci il tarixdə Yeganə Oqtayqızının təşkilatçılığı və aparıcılığı ilə “N” saylı hərbi hissədə zabit və əskərlər üçün Ramazan bayramına həsr olunmuş konsert proqramı təşkil olundu.

Tədbiri açıq elan edən Yeganə Bağırova ilk olaraq Azərbaycan Respublikasının dövlət himnini səsləndirdi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdi.

Daha sonra isə geniş məruzə ilə çıxış edərək zabit və əskərlərə Ramazan ayından danışıb, sözü musiqiyə verdi.Tədbirdə bir çox tanınmış gənc müğənnilər öz musiqi töhvələri ilə zabit və əskərləri sevindirdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

COMMENTS