Daha bir universitetdə tələbələr COVID-19-a YOLUXDU

Daha bir universitetdə tələbələr COVID-19-a YOLUXDU

Qərbi Kaspi Universitetinin Mühəndislik fakültəsində koronavirus aşkarlandığı üçün iki qrup distant təhsilə keçib.

Bu barədə  universitetin mətbuat katibi Vüsal Məmmədov məlumat verib.

O bildirib ki, pandemiya qaydalarına uyğun olaraq, koronavirus infeksiyası aşkaralanan qrupların dərsləri onlayn rejimə keçirilib:

“Qərbi Kaspi Universiteti pandemiya dövründə tədrisi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında təşkil edir.

Ənənəvi tədris prosesində yalnız COVID-19 pasportu olan tələbələr iştirak edir. Eyni zamanda, maskadan istifadə vacib tələbdir”.

Qərbi Kaspi Universiteti auditoriyalarını dərsləri həm də onlayn formada da təşkil etmək üçün uyğunlaşdırıb: 150-dək dərs otağı bunun üçün münasib vəziyyətə gətirilib, müvafiq maddi-texniki baza ilə təmin edilib, bir sıra auditoriyalarda interaktiv lövhələr quraşdırılıb.

DOSYE.ORG

COMMENTS