Davudoğlu kabineti çağırdı: İstefa verir

Türkiyənin baş naziri Əhməd Davudoğlu seçki nəticələrini qiymətləndirmək üçün kabineti və AKP mərkəzi icra heyəti üzvlərini partiya qərargahında yerli vaxtla saat 11:00-da (bakı vaxtı ilə 13:00) yığıncağa çağırıb.

Axar.az xəbər verir ki, yığıncaqda seçki nəticələrinin analizindən savayı koalisiya və erkən seçkilərlə bağlı məsələlər müzakirə olunacaq.

AKP səlahiyyətlilərinin verdiyi məlumata görə, Davudoğlunun istefa verəcəyi gözlənilir. O, bu gün, ya da sabah Prezident Tayyib Ərdoğana istefa ərizəsini təqdim edəcək. Prezidentin yeni hökumət qurulana qədər Davudoğlundan vəzifəsinə davam etməsini istəməsi gözlənilir.

Nəticələrin rəsmi elanından beş gün sonra yeni parlamentin ilk yığıncağı keçiriləcək və millət vəkilləri and içəcək. Andiçmə mərasiminin ardından Ərdoğan yeni hökuməti qurmaq üçün Davudoğluna göstəriş verəcək.

COMMENTS