Daxili İşlər Nazirliyinin əsas binasında yanğın olub

Daxili İşlər Nazirliyinin əsas binasında yanğın olub

Moskvada Rusiya Daxili İşlər Nazirliyinin şəhər üzrə Baş İdarəsinin Petrovka küçəsində yerləşən binasının üçüncü mərtəbəsində yanğın baş verib.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

“Yanğın Moskvanın mərkəzində, Petrovka, 38 ünvanında Daxili İşlər Nazirliyinin Baş İdarəsinin binasının üçüncü mərtəbəsini əhatə edib”, – məlumatda deyilir.

Hazırda yanğınsöndürənlərin hadisə yerində molduğu bildirilib. Zərərçəkənlər barədə məlumat verilməyib.

COMMENTS