“Dedim, qızının yanında ağlamayın” – Müğənni

“Dedim, qızının yanında ağlamayın” – Müğənni

Əməkdar artist Elnur Məmmədov mərhum həmkarı Aygün Bəylərin qızı Canandan danışıb.

DOSYE.ORG Olay-a istinadla xəbər verir ki, bu barədə o, “İncə səhər” proqramında açıqlama verib.

Müğənni deyib ki, ötən gün A. Bəylərin evində olub:

“Dünən Aygüngildəydim. Cananı gətirdilər. Elə bil mələkdir. Hələ anasının cənazəsi gətirilməmişdi. Bacıları ağlayırdı. Dedim, xahiş edirəm, uşağın yanında ağlamayın. Niyə ağlayaq? O qız böyüyəndə anasının miras qoyduqları ilə qürur duyacaq. Aygün xanım elə bir insan olmayıb ki, övladı adı gələndə utansın”.

COMMENTS