“Deməyə sözümüz yoxdur” – “Olimpiakos”un kapitanı

“Deməyə sözümüz yoxdur” – “Olimpiakos”un kapitanı

“Olimpiakos”un kapitanı Andreas Buxalakis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a evdə uduzduqları (0:3) görüşü şərh edib.

Qol.az xəbər verir ki, o, Yunanıstan mətbuatına açıqlamasında böyükhesablı məğlubiyyəti belə şərh edib:

“Erkən qol vurmağa, tempimizi artırmağa, qələbə qazanmağa çalışdıq. Daha da güclənmişdik, fiziki formamız da qaydasında idi. Ola bilsin ki, daha çox açıldıq və boşluqlar verdik. Qələbə istəyirdik. Rəqib kimi əks-hücumlara bel bağlamırdıq. Deməyə sözümüz yoxdur. Məyusuq. İndi etməli olduğumuz şey imicimizi yaxşılaşdırmaq və irəli getməkdir”.

 

COMMENTS