“Demişdilər ki, toya getmə sənə fəxri ad verək”

“Demişdilər ki, toya getmə sənə fəxri ad verək”

Əməkdar artist Mətanət İsgəndərli mərhum Xalq artisti Məmmədbağır Bağırzadə haqda maraqlı etiraflar edib.

Publika.az xəbər verir ki, bu haqda “O üz” proqramında danışan müğənni onun toylara getməmə səbəbini açıqlayıb:

“Bir müddət toylara getmədi. Fikirləşirdi ki, sənətinə yuxarıdan aşağı baxmasınlar. Toya gedən müğənnilərə ad vermirdilər. Onu kəndə toya çağırmışdılar. Heç kim inanmırdı ki, gələr. Demişdilər ki, toya getmə ad verək sənə. Söhbət Sovet dövründən gedir. O, toya gəlmişdi. Sonra dövlətimiz ona ad verdi. Elə sevinirdi ki”.

COMMENTS