Demokratiya və İnsan Haqları Mərkəzində ölkədəki vəziyyət müzakirə edilib

Martın 4-də Demokratiya və İnsan Haqları Mərkəzinin iclası olub.  

 
Musavat.com-a verilən məlumata görə, iclasda siyasi məhbuslar problemi, hakimiyyətlə siyasi partiyalar arasındakı görüşün nəticələri, bu ilin iyununda Bakıda keçiriləcək I Avropa idman oyunları ətrafında yaranmış vəziyyət müzakirə edilib. 
 
Siyasi məhbus məsələsi sahəsində vəziyyətin daha da ağırlaşması və siyasi partiyalarla hakimiyyət nümayəndələri arasında təmaslardan hər hansı real nəticələrin olmamasının ictimai rəydə haqlı narahatlığa və təəssüfə səbəb olması və Mərkəzə daxil olan siyasi partiyaların bunu bölüşdüyü qeyd olunub.    
 
Bir sıra beynəlxalq və daxili çevrələrin qaldırdığı I Avropa idman oyunlarının boykot kompaniyasına münasibəti müzakirələrin davamından sonra əlavə olaraq, açıqlanacaq. 
 
Toplantıda KXCP, Azadlıq, Az DP, VİP, ALDP, Aydınlar, BAP, AXP sədrləri iştirak ediblər.
 

COMMENTS