Departye Rusiyadan imtina etdi

Tanınmış fransız aktyoru Jerar Departye Rusiyada olan bütün əmlakını satıb.
 
Rusiya mətbuatı xəbər verir ki, aktyor Rusiyada olan evlərini satıb və ölkəni tərk edib. Bundan sonra o Belçikada yaşayacaq.
 
Onun Rusiya vətəndaşlığından imtina edib, etməməsi hələlik məlum deyil.
 
 
Xatırladaq ki, 2013- cü ildə məşhur Fransız aktyoru ölkəsindən imtina edib. O, Fransada böyük məbləğdə vergi ödəmək istəmədiyindən, Rusiyaya gəlmiş və Putin şəxsən ona vətəndaşlıq pasportunu təqdim etmişdi. Həmin vaxt Kremldə J.Departyenin şərəfinə ziyafət də verilib.
 
Rusiya mətbuatının yazdığına görə, J.Departye Rusiyadan imtina etməyi əvvəlcədən planlaşdırıbmış. Belə ki, o Fransanın idman kanalına müsahibə verərəkən bildirib: “ Mənim Rusiya vətəndaşı kimi pasportum var. Amma mən fransızam. Bunu unutmuram. Sözsüz ki, mənim Belçika dövlətinin də pasportum olacaq.”
 
Xatırladaq ki, Jerar Departye Rusiya vətəndaşlığı aldıqdan sonra ona 2 mənzil hədiyyə edilib. Bunlardan biri Qroznuda yerləşən 5 otaqlı evdir. Onun qiyməti təxminən 15 milyon rubl qiymətləndirilir. Digər evi isə, yeni tikilən binaların birindədir.
 
Məşhur Fransız aktyorunun Rusiyadan üz döndərməsi birmənalı qarşılanmayıb. Rusiya mətbuatı bunu Putinə arxadan vurulan zərbə kimi qiymətləndirib.

COMMENTS