Deputat saytlara qəzzəbləndi: “Ordu ilə bağlı şou düzəltmək yolverilməzdir”

“Azərbaycan mediasının bəzi nümayəndələrinin son zamanlar cəbhə bölgəsində baş verən hadisələrlə bağlı düzgün olmayan məlumatları yayması xeyli təəccüblüdür”. Bu fikirləri Modern.az saytına Milli Məclisin deputatı Fuad Muraov bildirib.

 

Millət vəkilinin sözlərinə görə, hər gün intenet resusrsları, xüsusilə intenet qəzetləri, xəbər portalları “Azərbaycanda tankları ora aparıldı, toplar belə atıldı, silahlar filan isiqamətdə atıldı” kimi çaşdırıcı, əleyhimizə işləyən xəbərlərlə oxucuların görüşünə gəlirlər.

Çox təssüf olsun ki, bu tip xəbərlər Azərbaycan ordusunun, Azərbaycan ictimaiyyətinin xeyrinə deyil. Mən anlaya bilmirəm, bu saytlar kimə işlədiklərinin fərqindədirlərmi? Millət vəkili olaraq həmin media qurumlarına müraciət edirəm ki, xüsusilə ordu məsələsində diqqətli olsunlar”.

“Belə ciddi məsələləri şouya çevirmək olmaz. Bu, Azərbaycanın ümumi marağına ziyan gətirən məsələlərdir. Ordu haqqında informasiya yayarkən ciddi olmaq lazımdır, bundan şou düzəltmək qətiyyən yolverilməzdir”,- deyə deputat əlavə edib.

COMMENTS