Deputatdan şok: Azərbaycana ikitərəfli hücum başlayıb

Deputatdan şok: Azərbaycana ikitərəfli hücum başlayıb

Prezidentin hər il parlamentdə bu cür illik məruzələrlə çıxış etməsinə böyük ehtiyac var. Bunun qanunvericiliyə salınması vacibdir. Prezidentin çıxışı geniş və əhatəli idi. Təklif edərdim ki, bizim deputatlar həmin çıxışa ya yenidən qulaq assınlar, ya da mətnini təkrar oxusunlar.

Bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Axar.az-a geniş müsahibəsində deyib.

Deputat vurğulayıb ki, hazırda Azərbaycana qarşı böyük bir mənəvi terror başladılıb:

“Bu məqsədlə əxlaqsız insanlardan istifadə olunur. Əxlaqsızlığı təbliğ etməklə dini ekstremizmin yayılması üçün münbit şərait yaradılır. Prezident dünyəvi dövlətçiliyimizə, siyasi sabitliyə qarşı ola biləcək təhdidlərdən, insanlarımızı narahat edən digər məsələlər və onların aradan qaldırılması istiqmətində görülən və görüləcək işlər barədə danışdı. Parlament qarşısında ciddi məsələlər qaldırdı. Siyasi sistemdə aparılacaq islahatlar, siyasi partiyaların rolunun artırılması istiqamətində görüləcək işlərin anonsunu verdi. Çox istərdim ki, parlament böyük keçid dövrünü yaşayan ölkəmizdə quruculuq işlərinə öz töhfəsini versin, güclü iqtisadiyyata malik hüquqi dövlət qurmaq üçün zəruri qanunlar qəbul edə bilsin”.

DOSYE.ORG

COMMENTS