Deputatın şirkəti polis işçisinin BAŞINA OYUN AÇDI – ETİRAZ

Deputatın şirkəti polis işçisinin BAŞINA OYUN AÇDI – ETİRAZ

Şəmkir şəhər sakini Hüseynov Taleh Nəriman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi “Kontakt Home” mağaza şəbəkəsindən şikayətçidir:

“Mən, Hüseynov Taleh Nəriman oğlu, yazaraq sizə bildirirəm ki, “Kontakt Home” mağalar şəbəkəsi insanların başına oyun açır. 2021-ci ildə bu mağazadan telefon almışdım. Gecikmə olmadan, hər ay vaxtında ödənişlərimi etmişəm.

Özüm polis təqaüdçüsüyəm, yəni heç vaxt gecikmələrə yol verən deyiləm. Telefonun ödənişini tam ödəyib bitirdikdən 1 il sonra mənə mesaj göndəriblər ki, sizin borcunuz var, borcunuzu ödəməsəniz telefonunuz bağlanacaq.

Bu necə ola bilər? 1 il sonra bu borc hardan tapılıb?

Belə bir oyunu yaxın insanın da başına açıblar. O da mənim kimi vaxtında ödəniş etməsinə baxmayaq, telefonunu bağlayıblar.

Zəng vurdum mağazaya, bildirdim ki, belə bir mesaj göndərmisiniz, bu nə oyundur? Mənə dedilər ki, sizin 14 manat 70 qəpik borcunuz qalıb. Çox danışıqlar apardım, gördüm yox, onlara söz çatdırıb, başa salmaq olmur, aparıb 15 AZN pulu ödədim. Ödədikdən sonra mağaza ilə yenidən danışdım, onlara borcu ödədiyimi bildirdim, hətta soruşdum ki, telefon bağlanmayacaq? Mənə “xeyr, bağlanmayacaq” dedilər.

Bu gün səhər saatlarından isə telefonumu bağlayıblar. Zəng vurmuşam mağazaya, yenə eyni sualı verirəm ki, niyə insanların başına bu biabırçılığı açırsınız? Mənə deyirlər ki, yaxınlaşın mağazaya, 20 AZN “IMEI kod” ödənişi edin, telefonunuz açılacaq.

Bu nə oyundur, bu nə özbaşınalıqdır mən bilmirəm? Mənə kömək edin, bu mağazanın etdiyi soyğunçuluğu hər kəs bilsin. Bu açıq-aşkar dələduzluq nümunəsidir”.

Məsələ ilə bağlı “Kontakt Home” mağaza şəbəsi ilə əlaqə saxlamağa çalışsaq da, baş ofisdən zəngimizə cavab verən olmadı.

Redaksiyadan. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//Hurriyyet.az//

COMMENTS