Deputatlığa namizəd Sənan Rəhimzadənin sakinlərlə görüşü

Deputatlığa namizəd Sənan Rəhimzadənin sakinlərlə görüşü

104  saylı  Gədəbəy -Tovuz  seçki dairəsinin ən gənc namizədi Rəhimzadə Sənan İman oğlunun  seçki qabağı  növbəti görüşləri  Gədəbəy rayonunun  Böyük Qaramurad, Novoİvanovka, Novosaratovka kəndlərində keçirilmişdir.

Hər  bir  görüşdə insanların rəğbəti ilə qarşılaşan gənc namizəd ölkə başçısının gənclərə olan qayğısından bəhs edərək,  bu seçkidə gənclərə xüsusi üstünlük verildiyini seçicilərin nəzərinə çatdırmışdır. Hamını bu seçkidə fəal olmağa ,xüsusən gənclərə dəstək olmaga səsləyən namizəd öz platforması ilə bağlı  seçicilərə məlumat  vermişdir.

✓ Seçicilərlə davamlı görüşlərdə iştirak etmək

✓ Seçiciləri maraqlandıran məsələlərin gündəmə gətirilməsi

✓ Regionun və ümumilikdə ölkənin inkişafına dəstək olmaq

✓ Regionun iqtisadiyyatının inkişafı

✓ İnsfrastruktur layihələrinin hazırlanması və qəbulu üzrə məsələ qaldırılması.

✓ Aqrar sahənin inkişafına nail olmaq.

✓ Təhsil sistemi və bu sahədə çalışan işçilərin sosial təminatinin yaxşılaşdırıması.

✓ Səhiyyə sistemi və kəndlərdə tibb məntəqələrinin zəruriliyi məsələsi.

✓ Turizmin,xüsusən kənd turmizminin inkişafı

✓ Gənclərə dəstək olmaq,onların sosial təminatinin yaxşılaşdırıması məsələsinin parlament qarşısında qaldırılması.

✓ Sosial məsələlərin həllinə nail olmaq,təqüdlərin ,sosial müavinətlərin artirilması, yeni iş yerlərinin yaradılması məsələsinin qaldırılması.

✓ Digər infrastruktur sahələrinin inkişafına nail olmaq.

Sonra kənd sakinlərinin təklifləri ,gələcəkdə görülməli olan işlərdən bəhs edildi.Sonda bütün gənclərə çağrış edən namizəd  bütün gəncləri  birliyə çağıraraq bu seçkidə onları  fəal olmağa səslədi.

COMMENTS